Cəmiyyət

Özünü zəhərləyənlərin sayı artıb

21 May 2021 14:50
Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dərman zəhərlənmələri ilə bağlı Toksikologiya Mərkəzinə son iki ayda müraciətlər çoxalıb. Müraciət edənlərin daha çoxu qadındır. Zəhərlənmələrin bir hissəsini isə intihara cəhd təşkil edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dərman zəhərlənməsi ilə bağlı son iki ayda Kliniki Tibbi Mərkəzə 140 müraciət olub. Bunların 132 nəfəri mərkəzə qəbul olunaraq müalicə edilib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dərmandan zəhərlənmə ilə bağlı ölüm halı olmasa da müraciət edənlərin 80 faizi qadındır.

Azər Maqsudov qeyd edib ki, dərmanları qəbul edənlərin sırasında intihar məqsədli olanlar da var.

Həkim taksikoloq bildirib ki, zəhərlənmə olduğu halda insanlar ilk öncə həmin şəxsə ev şəraitində də yardım göstərməlidirlər. Böyüklərin zəhərlənməsi olduğu halda onların mədələri yuyulmalıdır. Uşaqlarda isə bunu eləmək olmaz. Çünki bu, uşaqlarda yan effekt verə, qıc olmalara və başqa ciddi problemlərə yol aça bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.