Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 914 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876təşkil edir.
Milli.Az