Cəmiyyət

BMT: Qəzzada 52 mindən çox fələstinli evsiz qalıb

18 May 2021 15:44
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İsrailin hava hücumları nəticəsində Qəzza zolağında təxminən 450 bina dağılıb və ya ciddi şəkildə zədələnib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü Lens Yaerke jurnalistlərə deyib.

O bildirib ki, bu zərbələr nəticəsində evləri dağıdılan 52 mindənçox fələstinli evsiz qalıb.

BMT rəsmisinin sözlərinə görə, köçkünlərin təqribən 47 mini Qəzzadakı təşkilata məxsus58 məktəbdə sığınacaq alıb.

L. Yaerke qeyd edib ki, hava hücumları nəticəsində 132 bina tamamilə dağıdılıb, 316 bina ciddi zədələnib, onlardan 6-sı xəstəxana, 9-u isə ilkin tibbi yardım məntəqələridir.

BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü vurğulayıb ki, İsrailin Qəzzaya humanitar yardım üçün bir sərhəd-keçid məntəqəsini açması müsbət qarşılanıb, ancaq əlavə bir keçid məntəqəsidə açılmalıdır.

Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və "Həmas" arasında gərginlik artıb. Tərəflərin bir-birinə raket və artilleriya zərbələri endirməsi nəticəsində 200-dən çox mülki şəxs həlak olub. Son məlumatlara görə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 197 fələstinli həlak olub ki, onlardan 92-si qadın və uşaqdır. "Həmas"ın İsrailə endirdiyi raket zərbələri nəticəsində isə 10 nəfər həlakolub,onlardan 2-si uşaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.