Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az bildirir ki, hadisə Ələt-Astara magistralının 91-ci kilometrliyində qeydə alınıb. "Reno megan" markalı, 99 VD 376 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq betona çırpılıb.
Avtomobilin Anar adlı sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı BDYP-də araşdırma aparılır.
Milli.Az