Cəmiyyət

Bu gün “Avroviziya”nın yarımfinalıdır - Münsif səsləri verilib

18 May 2021 10:44
Baxış: 1 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da keçiriləcək.

Müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

Azərbaycanı "Avroviziya"da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq "Mata Hari" adlı mahnısını ifa edəcək.

Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.

Müsabiqə zamanı jüri və SMS səsverməsi nəticəsində 10 nəfər seçilərək finala vəsiqə qazanacaq və mayın 22-də birincilik uğrunda mübarizə aparacaq. 

Artıq birinci yarımfinal nəticələrinin 50%-ni müəyyənləşdirəcək münsif səsverməsi ötən gün yekunlaşıb.

Hər birindən beş münsif olmaqla, yarı finalda yarışan 16 iştirakçı ölkə və 1-ci yarı finalda səs verən böyük beşlik ölkələrindən Almaniya, İtaliya və Hollandiya səs verib.

Təmsilçimiz Samirə Əfəndinin güclü rəqiblərinə qalib gələrək yarımfinala keçəcəyi ehtimal olunur. Ötən gün mətbuat sorğusunun nəticələrinə əsasən, "Mata Hari" 45 bal toplayaraq finala namizəd göstərilib.

Həmçinin, bukmeyker proqnozlarında dəyişiklik olub. Əfəndi bir pillə irəliləyərək 21-ci sırada qərarlaşıb. Nəticələr yarımfinal şousundan sonra dəyişə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.