Cəmiyyət

Bakıda əyani təhsilə başlayan şagirdlərin sayı açıqlanıb

17 May 2021 10:34
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə mayın 17-dən Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunda ümumtəhsil qismən əyani təhsilə qayıtmışıq. Bununla əlaqədar bütün işlər görülüb. Ümumtəhsil müəssisələrində həftədə 2, ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla əyani tədris bərpa olunub. Xüsusi məktəblərdə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş olmaqla həftədə 2 dəfə əyani tədrisi bərpa etmişik".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.

O bildirib ki, təhsil müəssisələrində xüsusi karantin rejiminə uyğun bütün qaydalar həyata keçirilir: "410 mindən artıq şagird və 25 müəllim bu prosesə cəlb olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.