Cəmiyyət

Şuşa "ATM-2021" turizm sərgisində - VİDEO

17 May 2021 15:58
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dubayda keçirilən sərgidə Şuşanın turizm potensialı təbliğ olunub

Milli.Az Real TV-ə istinadən bildirir ki, birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən "ATM 2021" beynəlxalq turizm sərgisində Şuşa şəhrinin turizm potensialı təbliğ olunub. Təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunub.

Sərgidə ilk dəfə olaraq işğaldan azad edilən Qarabağ regionu, xüsusi ilə Şuşa şəhəri yeni turizm destinasiyası kimi iştirakçılara təqdim edilib.

Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.