Cəmiyyət

Azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulacağı vaxt açıqlanıb - VİDEO

17 May 2021 11:59
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiya tikilib. Bunun üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya ən çətin relyefdən keçməklə 75 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilərək istismara verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev deyib ki, işğaldan azad edilmiş ərazilərdə elektrik təchizatının qurulması üçün 110 kV-luq ötürmə xətlərinin tikintisi aparılır. Hazırda bu istiqamətdə Kəlbəcər rayonunda da işlər davam etdirilir. Çətin, sıldırımlı, dağlıq relyefi, kəskin iqlim şəraiti olmağına baxmayaraq, işlərin böyük hissəsi artıq görülüb.

İşğaldan azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulması üçün görülən işlər ilin sonunadək yekunlaşacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.