Cəmiyyət

Abşeronda qadını öldürüb qaçan sürücü saxlanılıb

8 May 2021 08:18
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən uzaqlaşan, 99-CF-591 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtomobil cərimə meydançasına, sürücü isə Abşeron Rayon Polis idarəsinə gətirilib.

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb.

1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı "Noil" yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.