Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasının Britaniya ştammına yoluxub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.
"Doktor da xəstələnər. COVID-19 İngiltərə mutasiyasına yoluxdum", - Rəsulova yazıb.
Qeyd edək ki, T.Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.
Milli.Az