Türkiyədə azərbaycanlı həkim Britaniya ştammına yoluxdu

8 May 2021 08:23

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasının Britaniya ştammına yoluxub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

"Doktor da xəstələnər. COVID-19 İngiltərə mutasiyasına yoluxdum", - Rəsulova yazıb.

Qeyd edək ki, T.Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.

Milli.Az