Cəmiyyət

Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb - FOTO

7 May 2021 16:34
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonu ərazisində 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub.

Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Salyan rayonu ərazisində Biləsuvar rayon Bəydili kənd sakini Əzizli Seymur Teymur oğluna məxsus Mercedes E220 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa, şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.