Cəmiyyət

Bu şəxslər "WhatsApp"dan istifadə edə bilməyəcək - VİDEO

7 May 2021 11:09
Baxış: 2 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 15-nə qədər vatsapın məxfilik sazişini qəbul etməyən şəxslərin hesabı silinəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vatsap yanvar ayının 10-dan başlayaraq iki milyard istifadəçisinə yeni məxfilik müqaviləsini göndərib.

Müqavilə şərtlərində göstərilib ki, mesajların gizliliyini qorusa da, tətbiq şəxsi məlumatlara daxil ola biləcək.  Fevralın 8-dək qaydaları qəbul etməyən vətəndaşların  smartfonlarında tətbiq işləməyəcək. Qərardan sonra istifadəçilər tətbiqdən imtina edərək, kampaniyalar keçirməyə başlayıblar. Ona görə də tarix 15 maya qədər uzadılıb.

İKT mütəxəssisi Elçin Məmmədov bildirib ki, vatsap bir növ bu mesajların götürülməsini leqallaşdırır.

Onun sözlərinə görə, yeni alternativlər qəbul edilə bilər. Mütəxəssis sazişi qəbul etməyənlərə "telegram" tətbiqindən istifadə etməyi tövsiyə edib.

Paytaxt sakinləri arasında apardığımız sorğudan isə məlum oldu ki, sazişi qəbul edənlər də var, buna etiraz edənlər də.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.