Cəmiyyət

Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib

6 May 2021 11:44
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Bakıda müşahidə olunan güclü külək nəticəsində 40-a yaxın ağac aşıb.

Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, ağacların aşması nəticəsində 4 avtomobilə ziyan dəyib:

"Ötən gün Bakıda müşahidə olunan sərt külək bir neçə rayonda fəsadlara yol açıb. Küləkli hava səbəbindən paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında 40-a yaxın irigövdəli və xırdagövdəli ağac aşıb, budaqlar qırılıb. Məlum hadisə səbəbindən 4 avtomobilə ziyan dəyib".

Əlavə olunub ki, icra hakimiyyətinin əməkdaşları ağaclar aşan əraziyə cəlb olunub və bütün fəsadlar aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.