Cəmiyyət

Leysan yağışın fəsadları - VİDEO

6 May 2021 10:19
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küçələrə dolmuş yağış suları FHN-in əməkdaşları tərəfindən kənarlaşdırılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ayrı-ayrı ərazilərdə intensiv yağıntılarla müşayiət olunub.

Yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar FHN-nin "112" qaynar telefon xəttinə müraciətlər daxil olub. Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.