Cəmiyyət

Bulvar ərazisində yeni obyekt tikilir? - FOTO

6 May 2021 09:59
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə bulvarın bir hissəsinə dəmir arakəsmələrin qoyulduğunu əks etdirən fotolar yayılıb. İddia edilir ki, buna səbəb bulvar ərazisində yeni obyektin tikilməsinə hazırlıq işlərinin görülməsidir. Bildirilir ki, yeni tikili dəniz sahilinə aparan pilləkənlərə qədər uzanacaq. 

Milli.Az bildirir ki, "Qafqazinfo" məsələylə bağlı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva ilə əlaqə saxlayıb.

O sorğumuza cavab olaraq bildirib ki, bağlanma təmir- bərpa işləriylə bağlıdır: "Həmin yerdə hansısa obyektin tikilməsi məsələsi yoxdur. Dəmir baryerlər ona görə qoyulub ki, döşəmələr zədələnib. Həmin döşəmələr yenidən bərpa ediləcək. Hər hansı tikintinin aparılacağı ilə bağlı hələlik məlumat yoxdur. Əgər belə bir hal olarsa, ictimaiyyətə məlumat veriləcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.