Alimpaşa həbsə girdi, maralları saman ümidinə qaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkir rayonunun bu günlərdə DTX tərəfindən həbs olunan icra hakimiyyəti başçısı (əlbətdə, indiki halda keçmiş başçısı) Alimpaşa Məmmədovun çoxşaxəli biznesi barədə faktlar artıq ictimaiyyətə məlumdur. Rəsmi məlumatda da bildirildiyi kimi Alimpaşa Məmmədov korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına Şəmkirdə "Az Farel" balıqyetişdirmə təsərrüfatı qurub, "Şəmkir səbəti" ticarət mərkəzi açıb və digər gəlirli biznes sahələrində "oturub". Əlbətdə, bütün bu işləri keçmiş başçının varisi, yəni oğlu idarə edirdi.

Alimpaşanın maralları
Daha sonra məlum olmuşdu ki, Alimpaşanın həm də maral təsərrüfatı varmış. Bu maral təsərrüfatı ona nə qazandırırmış, burası məlum deyil. Amma indi məlum olan budur ki, Alimpaşanın DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalıb. Bu haqda "Azadlıq" radiosunun müxbirinin hazırladığı reportajda deyilir.

"Qalıblar saman ümidinə..."
Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yen verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar. "Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra hakimi getdi, ondan sonra gəlib-gedən, axtaran yoxdur. Göz görə-görə batıb gedir heyvanlar...",-o deyir.
Bəlli olub ki, Alimpaşanın həm də qaz femrası var, indi onun qazları da baxımsız qalıb.

Alimpaşanın qazları
Keçmiş icra hakimiyyəti başçısının Seyfəli kəndində yerləşən "Az Farel" MMC balıq yetişdirmə təsərrüfatında da işlər yaxşı deyil, üstəlik heç əvvəldən də yaxşı olmayıb. Kəndin sakini Gülnarə Mehdixanova deyir ki, Alimpaşa Məmmədovun ailəsinə məxsus balıq təsərrüfatı tikiləndən sonra kəndi içməli su ilə təchiz edən arxın suyu balıq dadı verir. "Məcburuq, həmin suyu evdə istifadə edirik, balıq dadı vesə də içirik...",-qadın deyir.

Sakin: "Sudan balıq iyi gəlir..."
Bu sakinin dərdi təkcə suyun balıq dadı verməsi deyil, o bildirir ki, təsərrüfat yaradılanda ona məxsus 40 sot torpaq zəbt olunub. Nəticədə dolanışığı çox çətinləşib. "Bir qəpik də vermədilər, qaldım çarəsiz..."-o deyir. G.Mehdixanovadan başqa daha bir neçə sakin eyni aqibətlə üzləşib.
Rəsmi məlumata görə, "Az Farel" MMC-də 250 nəfər işlə təmin olunub, gələcəkdə işçilərin sayını min nəfərə çatdırmaq planlaşdırılır. Lakin sakinlər deyirlər ki, əslində təsərrüfatda çox az adam işləyir, üstəlik cüzi maaşa. Və işçilərin bir çoxu işdən çıxarılıb. Əlifə Məmmədova adlı sakin deyir: "Uşaqlarımız orada işləyirdi, çıxdılar. Çünki çox az maaş verirlər, cəmi 250 manat. Gündə 12 saat işlədirlər, 250 manat verirlər. Bu pula neyləmək olar? O suyun içində səhərdən axşama qədər işləyib xəstələnirdilər, aldıqları pul heç dərmanlarına çatmırdı. Yoldaşım da orda işləyirdi, çıxardılar. Demişdilər çağıracağıq, çağırmadılar".

"Az Farel" MMC
Alimpaşanın biznesinə aid olan "Şəmkir Səbəti"ində isə alver gedir, ticarətçilər danışmağa elə də həvəsli deyillər. Amma sakinlər danışırlar ki, bu ticarət mərkəzi onlara məxsus pay torpaqlarının zəbt olunması hesabına yaradılıb. Rəsmi məlumatda deyilirdi ki, Alimpaşa Məmmədov Çinarlı bələdiyyəsi tərəfindən təsis edilən, mülkiyyətində 3 milyon manata yaxın əmlak olan "Çinarlı qəsəbə" MMC-nin bütün səhmlərini oğluna məxsus "Şəmkir Səbəti" MMC-yə cəmi 40 manata satıb. Virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





