İşğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur işləri ilə Azərbaycan aviasiya qovşağına çevrilir - RƏY
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava limanlarının inşası ölkəmizin hava daşımaları sahəsində imkanlarını xeyli artıracaq və Azərbaycanın aviasiya qovşağına çevrilməsinə imkan verəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə artıq üç beynəlxalq hava limanının təməli qoyulub və tikinti işləri sürətlə davam etdirilir: "Cənab Prezident İlham Əliyev aprelin 28-də "Boeing Commercial Airplanes" Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edərkən bildirdi ki, tikintisinə bir neçə ay bundan öncə başlanılan birinci hava limanı sentyabrda istismara veriləcək. Eyni zamanda, Stenli Dilin Azərbaycana səfəri və "Silk Way West Airlines"ın 5 ədəd "Boeing 777 Freighter" təyyarəsi alması ilə bağlı razılaşmanın əldə olunması beynəlxalq şirkətlərin aviasiya sahəsində də Azərbaycana marağının artmasını göstərir".
Deputat vurğulayıb ki, bu hava limanları işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq uçuşlar həyata keçirəcək: "Eyni zamanda, hava limanları təkcə sərnişin daşımaları üçün deyil, yük daşımaları da həyata keçirəcək ki, bu da ölkəmiz üzərindən yükdaşımaların həcminin xeyli artmasına imkan verəcək: "Xüsusilə, nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, bu isə daha geniş nəqliyyat dəhlizlərinə qoşulmağa imkan verəcək. Belə olan halda, təbii ki, hava limanları vasitəsilə də həmin dəhlizlərə çıxış imkanları artırılacaq.
Bu baxımdan, bütövlükdə Azərbaycanın coğrafi yerləşməsini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi Azərbaycanın da regional aviasiya qovşağına çevrilməsinə imkan yaradacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





