“Çiçəklənən Abşeron” layihəsi Pirşağıda - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Bakı Abadlıq Xidməti" MMC tərəfindən birgə həyata keçirilən "Çiçəklənən Abşeron" layihəsindən bu dəfə Pirşağı sakinləri yararlanıb.
Agentlikdən verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Bakı Abadlıq Xidməti" MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Pirşağıda yaşayan ailələrə bibəriyyə bitkiləri təqdim edilib. Artıq 40 ailəyə hər birinə 250 bitki olmaqla 10 mindən çox bibəriyyə bitkisi verilib. Növbəti aylarda ailələrin sayı artırılacaq və hər bir ailəyə verilən bitkilərin sayı 500-ə çatdırılacaq.
Qeyd edək ki, hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.
"Çiçəklənən Abşeron" layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud şəraitdə "Çiçəklənən Abşeron" layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.
Layihə çərçivəsində becərilən bitkilər hazırda Bakı şəhərinin və ətraf rayonların abadlaşdırılması işlərində istifadə olunur, həmçinin emal olunaraq müxtəlif kosmetik və farmaseptik məhsullar və yağlar alınır.
Ümumilikdə, 2019-cu ildən həyata keçirilən "Çiçəklənən Abşeron" layihəsi çərçivəsində Balaxanı, Zirə, Novxanı, Əmircan, Ramana və Pirşağıda yaşayan 600-dən çox aztəminatlı ailəyə 270 minə yaxın müxtəlif bitkilər (lavanda, bibəriyə və s.) verilib.
Qeyd edək ki, "Çiçəklənən Abşeron" layihəsi KOBİA-nın təsis etdiyi "Birgə İnvest" MMC və "Bakı Abadlıq Xidməti" MMC-nin nəzdində fəaliyyət göstərən "Balaxanı Green Garden" arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Əli Əsədovdan mühüm qərar
XƏBƏR LENTİ
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)





