Cəmiyyət

Bakıdakı tarixi binanın üzərində mansard tikilib - FOTO

29 Aprel 2021 19:15
Baxış: 2 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib. 

Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq saytımıza bildirildi ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.