Cəmiyyət

“WhatsApp”ın yeni versiyası şəxsi məlumatlarınızı oğurlayır - Dövlət Xidməti

28 Aprel 2021 11:19
Baxış: 2 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Xidməti: "WhatsApp"ın yeni versiyası şəxsi məlumatlarınızı oğurlayır

Bu günlərdə "WhatsApp Pink" adlı "WhatsApp"ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "WhatsApp Pink" tam zərərli bir tətbiqdir: "Bu zərərverici APK link şəklində "Whatsapp" qruplar vasitəsilə yayılmaqdadır. "WhatsApp Pink" əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.