Cəmiyyət

Xocavənddə işğaldan azad olunmuş ərazilərə qanunsuz keçən şəxslər saxlanılıb

26 Aprel 2021 19:28
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.