Cəmiyyət

100 manatı oğurlayıb qaçdı, saxlanıldı - FOTO

24 Aprel 2021 13:01
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanımadığı bir şəxsin onu itələyərək yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək, hadisə yerindən qaçdığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib. P. İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.

Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədət-zadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.