Cəmiyyət

İTV-nin keçmiş departament direktoruna yeni vəzifə verildi - FOTO

21 Aprel 2021 09:59
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İTV-nin keçmiş departament direktoru Rauf Rəcəbova "Space"də vəzifə verilib.

Milli.Az xəbər verir ki, bu barədə o facebook-da yazıb. Bildirib. ki, "Hər Səhər" proqramına rəhbər təyin olunub.

"Hər Səhər" yeni studiyada və yeni dekorasiya ilə efirə çıxır. İlk veriliş şəhidlərə, qazilərə və Şuşaya həsr olunub.

Qeyd edək ki, Rauf Rəcəbov 1993-2005-ci illərdə AzTV-də müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması və idarə edilməsinə cəlb edilib və Direktorlar Şurasının üzvü olub.  

2011-2013-ci illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və baş redaktoru, 2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəzifəsində işləyib.

Daha sonra İTV-nin İnformasiya Departamentinin direktoru, 2016-cı ilin sentyabr ayından 2017-ci lin iyun ayınadək İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. 2019-2021-ci illərdə "APA TV"nin Proqram direktoru vəzifəsində çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.