Cəmiyyət

Özünüməşğulluq proqramına cəlb olunanların sayı artacaq

20 Aprel 2021 17:22
Baxış: 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib.

2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.