Cəmiyyət

1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika

16 Aprel 2021 15:14
Baxış: 362

Bu günə kimi 1540-dan çox şəxsə koronavirusa qarşı vaksinin ikinci dozası vurulub.

Bu barədə Trend TV-yə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasından bildiriblər. Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam edir:

"Hazırda 40 yaşdan yuxarı şəxslərin vaksinasiya prosesi davam edir, poliklinikamız tərəfindən bu günə kimi 4771 nəfərə vaksin vurulub, onlardan 51-i bu gün olunanlardır. İkinci dozanın vurulması da artıq bir müddətdir həyata keçirilir və bu günə olan rəqəm 1541 nəfərdir".

Xatırladaq ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.