Cəmiyyət

Samuxda minik maşını aşıb, xəsarət alan var

13 Aprel 2021 20:57
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 31" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.