Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksikanın aparıcı mətbu orqanlarından olan "Reforma" və "Excelsior" qəzetlərində səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, "Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir" və "Yenidənqurma planı həyata keçirilir" başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin böyük hissəsini azad etdiyi, ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxartdığı, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu məlumat verilir.
M.Talıbovun sözlərinə istinadən, azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir. Qeyd olunur ki, hazırkı mərhələdə Azərbaycanın əsas prioritetləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərin qayıtmasının təşkil edilməsidir və adıçəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlərə start verilmişdir.
Yazıda, həmçinin təmsilçimizə istinadən, münaqişəyə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, tərəflərin bundan sonra regionda davamlı sülhün möhkəmləndirilməsi və barışığın təmin edilməsi üzrə çalışmalı olduğu, bunun üçünsə Ermənistan rəhbərliyinin öz təcavüzkar siyasətinə birdəfəlik son qoymalı və öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilir.
Sonda Meksika ilə ikitərəfli əlaqələr konstekstində bu ölkənin hər zaman beynəlxaq hüquqa və dövlətlərin suverenliyi prinsipinə tərəfdar olduğu söylənilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)





