Cəmiyyət

Qapalı məkanlarda maska taxmayanlar cərimələndi

7 Aprel 2021 16:28
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan maskalardan istifadə etmələrinin zəruriliyi barədə məlumatlar verilib.

Reydlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.