Bu qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.
ASC-dən Milli.Az-a bildirilib ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Qəsəbənin yalnız bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib. Tikinti normalarına cavab verməyən həmin xətlər istismara yararsız vəziyyətdədir. İndiyədək Aşağı Güzdək qəsəbəsinə meliorasiya kanalından suvarma məqsədilə su verilib və sakinlər təsərrüfatda həmin sudan istifadə edib.
Qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb. Daxili imkanlar hesabına icra edilən layihənin birinci mərhələsində müxtəlif diametrli borularla 8 km içməli su şəbəkəsi inşa ediləcək. Bu mərhələ çərçivəsində 500 fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq. Növbəti mərhələlərdə qəsəbənin digər hissələrndə yeni içməli su şəbəkəsi yaradılacaq. Ümumilikdə layihə çərçivəsində 25 km içməli su şəbəkəsi yaradılacaq və 1400 ev su ilə təmin olunacaq.
Layihəyə əsasən, Aşağı Güzdək qəsəbəsi içməli su ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına təmin olunacaq. Bu məqsədlə qəsəbənin yaxınlığından keçən magistral xətdən birləşmə verilərək 160 mm diametrli borularla 500 metr uzunluğunda magistral su xətti çəkiləcək. Bununla da qəsəbədəki fərdi xətlər ləğv olunacaq, eyni zamanda meliorasiya kanalından suyun verilişi dayandırılacaq. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına hazırda Abşeron rayonu ilə yanaşı, Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





