Vətən müharibəsi ilə bağlı xatirə pul nişanları tədavülə buraxılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai marağı nəzərə alaraq Mərkəzi Bank bir daha bildirir ki, milli pul nişanlarımız Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və Hökumət başçısının rəhbərlik etdiyi Pul İslahatı Komitəsinin qərarlarına uyğun olaraq xüsusi konsepsiya əsasında hazırlanır və dövriyyəyə buraxılır.
Bu barədə Milli.Az Mərkəzi Banka istinadən məlumat verir.
Məlum olduğu kimi, hazırda tədavüldə olan milli pul nişanları Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirlərindən sonra 2006-cı ildə dövriyyəyə buraxılmışdır. "Müstəqil Azərbaycan" mövzusuna həsr edilmiş bu Konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları - 1 manatlıq pul nişanı "Mədəniyyət və incəsənət", 5 manatlıq pul nişanı "Yazı və ədəbiyyat", 10 manatlıq pul nişanı "Tarix", 20 manatlıq pul nişanı "Qarabağ", 50 manatlıq pul nişanı "Təhsil və gələcək", 100 manatlıq pul nişanı "İqtisadiyyat və inkişaf", 200 manatlıq pul nişanı isə "Modern arxitektura" mövzusunu əhatə edir.
Qeyd edək ki, tədavüldə olduğu 15 il ərzində bu konsepsiya mövzusuna, estetik görünüşünə və mühafizə sisteminə görə aktuallığını saxlamaqdadır.
Bununla belə, beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.
Yenilənmə zamanı dövriyyədə olan pul nişanlarımızın üzərində əks olunmuş və müvafiq nominalın mövzusunu xarakterizə edən əsas dizayn elementləri əsas motiv kimi saxlanılmışdır. Hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılmışdır.
Bildiririk ki, Mərkəzi Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





