Cəmiyyət

Qarabağda lüks hotellər tikiləcək - TƏFƏRRÜAT - VİDEO

1 Aprel 2021 12:14
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri də davam edir. Füsnukar təbiətə malik torpaqlarımız yüksək turizm potensialına malikdir. Bu yöndə də artıq işlərə start verilib. Bölgədə müxtəlif kateqoriyalı və lüks hotellərin tikintisi gündəmdədir.

Qarabağda müxtəlif kateqoriyalı hotellərin tikintisi gündəmdədir. Hazırkı mərhələdə bölgənin turizm potensialı üzərində intensiv iş gedir. Eləcə də müxtəlif layihələr və təkliflər formalaşdırılır. Bunu Xəzər Xəbərə Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Günay Sağlam bildirdi ki,  bu istiqamətdə əsas hədəflərdən biri görülən işlərə xarici investorların da cəlb edilməsidir.

Günay Sağlam əlavə etdi ki, eyni zamanda Qarabağda turistlərin rahatlığı və məmnunluğu üçün kompleks sistemli yanaşma tətbiq olunaraq müxtəlif növ turizm məhsullarının yaradılması da önəmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.