Cəmiyyət

“İmtahanda iştirak üçün sənəd qəbuluna ehtiyac yoxdur” - RƏSMİ

30 Mart 2021 13:33
Baxış: 2 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Buraxılış imtahanında iştirak etmək üçün sənəd qəbuluna ehtiyac yoxdur".

Milli.Az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib. O bu il aparılacaq buraxılış imtahanlarında hər hansı bir dəyişikliyin olmayacağını bildirib:

Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə

"Hər hansı dəyişiklik yoxdur. Buraxılış imtahanında iştirak etmək üçün sənəd qəbulu aparılmır. Sənəd qəbulu yalnız ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün aparılır. Onun vaxtı barədə də məlumat veriləcək".

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15-16 aprel tarixlərində həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.