Cəmiyyət

Ramazan ayı ilə bağlı fətva veriləcək

29 Mart 2021 14:47
Baxış: 946
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaqdır və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcəkdir.

İdarədən Milli.Az-a verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcəkdir.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.