Cəmiyyət

Sürücüləri çaşdıran cərimə - Qərarsız protokol nədir? - VİDEO

26 Mart 2021 12:44
Baxış: 2 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə bəzən sürücülər cərimələrini ödəyə bilmirlər. Belə bir fikir var ki, həmin cərimə qərarsızdır. Bəs belə faktla qarşılaşan sürücülər nə etməlidir?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, törətdikləri xətaya görə bir çox sürücüyə cərimə yazılıb və ya elektron qaydada protokol tərtib edilsə də, onların qərarı olmadığından nəqliyyat vasitəsinin sahibləri ödəniş edə bilmirlər. Söhbət son vaxtlar tez-tez rast gəlinən qərarsız protokollardan gedir. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da belə faktların olduğunu deyir. 

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti 1 ilə qədərdir.

Ərşad Hüseynov sürücülərə təklif edir ki, qərarsız protokolla bağlı gözləmək lazımdır. Əgər 1 il müddətində qərar sürücüyə çatdırılmazsa, onda həmin qərar İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə ləğv edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.