Cəmiyyət

Zirəddindən Azərbaycanla bağlı qorxunc proqnozlar - Koronavirus, zəlzələ və... - VİDEO

22 Mart 2021 15:48
Baxış: 8 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı hələ 2017-ci ildə Rusiya mətbuatına proqnoz vermişdi.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o, virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdi.

Bəs dünyanı cənginə alan virus hansı tarixdə bitəcək?

"Demişdim ki, yayın axırı, payızın əvvəlində virus bitməlidir. Doğurdanda ayın sonunda virusa yoluxma azaldı. Moskvadan gedən həkimlər artıq Azərbaycandan geri qayıtdı. Bu virusun il yarım - iki il davam edəcəyini görürəm.

Zamanında tədbirlər görülərsə, bu, o qədər də qorxulu virus deyil. Aprel-may ayında virus Azərbaycanda minimum həddə düşəcək", - ekstrasens söyləyib".

Zirəddin Rzayev bildirib ki, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ baş verə bilər: "Bu illər Azərbaycan üçün təbii fəlakətlərlə bağlı aktiv illərdir. Yeraltı təkanlar və daşqınlar olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.