Cəmiyyət

Media nümayəndələri Azıx mağarasında olublar - FOTO

17 Mart 2021 15:19
Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Azıx kəndi yaxınlığında yerləşən Azıx mağarasında olublar.

Milli.Az APA-ya istinadən bildirir ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası ən qədim yaşayış məskənlərindən biridir.

Burada 1960-cı illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində qədim insanın alt çənə sümüyü və yaşayış izləri aşkar olunub.

Qeyd edək ki, işğal illərində ermənilər Azıx mağarasında qanunsuz qazıntı işləri aparıb, tapılan arxeoloji materialları mənimsəyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.