Cəmiyyət

Polislərə vaksinin ikinci dozası vurulur

16 Mart 2021 10:42
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə daxili işlər orqanlarında (DİO) peyvəndlənmə kampaniyası davam etdirilir.

Milli.Az xəbər verir ki, peyvəndlənmənin əsas məqsədi ölkədə yayılmış koronavirus pendemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Bununla əlaqədar ərazi polis orqanlarında vaksinasiyanın ikinci dozası vurulur.

Eyni zamanda, vaksinasiya üçün Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Aparatında da təcili tibbi yardım otağı ayrılıb. Əməkdaşların qan təziqi, bədən hərarəti yoxlandıqdan sonra peyvənd olunurlar.

Vaksin immuniteti gücləndirərək infeksiyanın ötürülməsini məhdudlaşdırır.

Qeyd edək ki, paytaxtda DİO əməkdaşlarına vaksinin ilk dozasının vurulmasına fevral ayında başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.