Cəmiyyət

Kənd sakinlərindən nümunəvi addım - VİDEO

16 Mart 2021 12:35
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək şəhadətə yüksələn igidlərdən 10 nəfəri Qubanın Əlibəyqışlaq kəndinin sakinləridir.

Milli.Az Real TV-ə istinadən bildirir ki, onlardan 7 nəfəri birici Qarabağ, 3 nəfər isə 44 günlük Vətən Müharibəsi zamanı şəhid olub. Bu qəhrəmanların xatirəsi yerli sakinlər tərəfindən əbədiləşdirilib.

Belə ki, sakinlərin təşəbbüsü ilə kəndin mərkəzində 20 sot ərazidə park və abidə kompleksi inşa edilib. Abidə kompleksində 10 nəfər şəhidin büstü qoyulub. Bundan başqa parkda Ulu Öndər Heydər Əliyev, ölkə başçısı İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Milli qəhrəmanlar Polad Həşimov, Mübariz İbrahimov və Vətən Müharibəsində Qubadan şəhid olan igidlərin şəkillərinin əks olunduğu lövhələr quraşdırılıb. Həmçinin parkın ərazisi abadlaşdırılıb, bulaq tikilib və dekorativ ağaclar əkilib.

Sakinlərin təşəbbüsünü yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımın onları çox qürurlandırdığını bildirirlər. Onlar hesab edir ki, bu canını vətənə fəda edən qəhrəmanlara xalqın böyük dəyəridir.

Yenicə istifadəyə verilən park və abidə kompleksi sakinlər tərəfindən ziyarət olunub. Şəhidlərin büstü önünə güllər düzülüb və xatirələri anılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.