Cəmiyyət

Bakıda kriminal avtoritetə hökm oxunub

15 Mart 2021 17:52
Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Əhməd Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Ərəbovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə etmə) maddəsinə tövsif edilib və barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Ə. Ərəbov bundan əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə "Kürd Amo" ləqəbi  ilə tanınıb.

"Kürd Amo" məhrum "Lotu Quli"nin yaxın adamı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.