Cəmiyyət

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi - ŞOK İDDİA

13 Mart 2021 10:23
Baxış: 3 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hesablama Palatasının 7 auditorundan 4-ü istefa ərizəsi yazıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Firsənd Qurbanov isə hazırda məhbus həyatı yaşayan sabiq nazir Səlim Müslümovun həbsxana yoldaşı olub. İddialara görə, Səlim Müslümov nazir olarkən onu çox vaxt Firsənd Qurbanov audit edirmiş. Müslümov məhz keçmiş məhbus yoldaşının sayəsində "təmizlik kağızı" alırmış.

Hesablama Palatasındakı vəzifəsindən könüllü ayrılan Vaqif Həsənovu isə hakimiyyətdə təmsil olunan bəzi yüksək rütbəli məmurlarla qohumluq telləri bağlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.