Cəmiyyət

Şəhidimizin oğlu dünyaya gəldi, atasının adını daşıyacaq - VİDEO

12 Mart 2021 12:19
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhidimizin oğlu dünyaya gəldi, atasının adını daşıyacaq

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, atası fəxri olan hər bir oğul ona bənzəmək, bəzən yolunu davam etdirmək istəyir. Bir neçə gün öncə dünyaya göz açan Nurlanın hekayəsi isə bir qədər fərqlidir.  Xüsusi təyinatlı qüvvələrin kapitanı, dağ kəşfiyyatçısı olmuş  atasının şücaət yolu , vətən andı  ilə bərabər  mübarək şəhid adı  da Nurlana əmanətdir. Atasının adaşı həm də yadigar qalan tək övladıdır Nurlan. Körpə  bu gün doğmaların, atasının cəbhə yoldaşlarının müşayəti ilə xəstəxanadan evlərinə yola salınıb.

Artıq 2 gündür ki, şəhidimiz Nurlan Mustafayev də ata kimi şərəfli bir ada sahib olub. Yeganə övladı dünyaya gələn qəhrəmanımızı 2-ci Fəxri Xiyabanda ziyarət edib, ata adını təbrik etmədən kiçik Nurlanın yanına getmək istəmədik. Kapitanın ailəsi, doğmaları və döyüş yoldaşları kimi...

Bu da  şəhidlik zirvəsində məğrur dayanan atasının adını daşıyan balaca Nurlan. Əslində ona dünyadan vaxtsız köçmüş babasının adı qoyulacaqdı, amma qismət elə gətirdi ki, o öz atasının adını yaşatmalı oldu. İndi bu balaca körpə anası üçün həm dayaq-təsəlli, həm də sevdiyi adamın yeganə yadigarı və hədiyyəsidir.

Himnin sədaları altında doğmalarına təhvil verilən körpə olub bitənlərdən xəbərsiz, qayğısız bir şəkildə evlərinə yola salındı. Zabit atanın son dəfə çıxdığı evə bu gün balaca Nurlan öz kiçik qədəmləri ilə daxil oldu.

"Yaşat" Fondunun əməkdaşları da bu gün şəhidin ailəsinin yanında olub, anaya min manat pul təqdim ediblər. Bundan başqa  körpənin adına da 5 min manatlıq hesab açılıb. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, dağ kəşfiyyatçısı olan Nurlan Mustafayev Murovdağ , Füzuli və Cəbrayılı düşməndən azad edən oğullardandır.  Hadrut uğrundan gedən döyüşlərdə şəhadətə yüksələn qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.