Ağsu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan tavan 38 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Milli.Az