Cəmiyyət

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - Reytinq

1 Mart 2021 19:24
Baxış: 1 120

2021-ci ilin fevralında Azərbaycanın sosial şəbəkə bazarında "Instagram" 22,78 faiz payla birinci yerdə qərarlaşıb

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci yerdə 22,22 faiz göstərici ilə "Twitter" olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı yanvarla müqayisədə 1,95 faiz artıb.

"YouTube" sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,93 faiz artaraq 20,23 faiz təşkil edib.

"Facebook" istifadəçilərinin fəallığı ötən ay müqayisədə dəyişməz qalaraq 18,57 faizə bərabər olub.

"Pinterest"in payı 14,69 faiz, "VKontakte" sosial şəbəkəsinin payı 0,65 faiz təşkil edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.