Cəmiyyət

Müzəffər ən böyük arzusuna çatdı - VİDEO

1 Mart 2021 14:16
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsinin qəhrəmanlarından biri də beyləqandan olan şəhid Müzəffər Yusiflidir. O, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Aktiv döyüşdə olduğunu, hətta yaralanmağını da ailəsindən gizlədib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun ən böyük arzusu hərbçi olmaq və işğal altındakı torpaqlarımızı azad etmək idi. Arzusuna da çatdı.

Beyləqanın Kəbirli kəndindən olan Müzəffər 2018-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra da fəaliyyətini hərbçi kimi davam etdirmək istəyib. 2020-ci il sentyabrın 7-də müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Sentyabrın 27-də də Füzuli istiqamətində döyüşlərə girib. Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən Müzəffər oktyabrın 9-da şəhidlik zirvəsinə yüksəlib. Onun atası da Birinci Qarabağ müharibəsi qazisidir.

İki bacının tək qardaşı olan Müzəffər heç vaxt aktiv döyüşdə olduğunu ailəsinə bildirməyib. Hətta yaralanmağını da onlardan gizlədib.

Müzəffər Yusifli "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Qeyd edəki, Vətən Müharibəsində Kəbirli kəndindən 17 nəfər şəhid olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.