Məşhur generalın Qarabağda şəhid olan nəticəsi kimdir? - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən Müharibəsində şəhid olan qəhrəman əsgərlərimizdən biri Rüstəmov Rövşən Orxan oğludur. O, Azərbaycan Milli Ordusunun yaradılmasında fəal iştirak etmiş məşhur sərkərdə, general-mayor Tərlan bəy Əliyarbəyovun nəticəsidir.
Milli.Az azvision.az-a istinadən bildirir ki, generalın nəvəsi Aygün Əliyarbəyova açıqlamasında bildirib ki, şəhidimiz Tərlan bəy Əliyarbəyovun qızı Yavər xanımın nəvəsi olub.
"Yavər bibim Füzulidən olan Rüstəm bəylə ailə həyatı qurub. Rövşən bibim oğlu Orxanın iki övladından biri idi. O, iki il olardı ki, hərbi xidmətdən qayıtmışdı. İşlə əlaqədar anası ilə birgə Gəncədə yaşayırdı. Əslində yaşayış yeri Bakı idi. Döyüşlər başlayanda dərhal hərbi komissarlığa getmişdi. Tərtərdə döyüşlərin ən qızğın çağında vuruşurdu. Rövşən Tərtərin Talış kəndində şəhid oldu.
Əsgər yoldaşları neytral zonada yaralanıblar. Rövşən onlara kömək etmək üçün gedib. Bir əsgəri xilas edib, ikincini çıxaranda yaralanıb. Yarası ağır olmasa da, qanaxmadan həyatını itirib. Hər dəfə anası ilə telefonda danışanda onu aldadırmış ki, "ay ana, narahat olma, mən rabitəçiyəm. Döyüşlərdə iştirak etmirəm". Bir gün əlaqə saxlamayıb, səhəri gün günorta şəhid xəbəri gəldi".
Şəhidin bibisi Arzu Əliyarbəyova da qardaşı oğlundan danışıb: "İdmançı idi. Hər bir ana-ata belə övladla fəxr edərdi. Birinci dəfə Qazaxda əsgərlikdə olanda anasına təşəkkürnamə gəlmişdi ki, siz nə gözəl uşaq böyütmüsünüz. O, Tərlan bəyin nəticəsidir. Vətənpərvərlik hissi nəsildən nəsilə keçir. Ayağında problemi var idi. İdman vaxtı dizi zədələnmişdi. Ancaq deyirdi ki, döyüşə çağırıblarsa, mütləq getməliyəm. Nə çətinliklərlə gedib hərbi komissarlığa çıxmışdı.
Anasına zəng edəndə deyib ki, ermənini İrəvana kimi qovacağıq. Sonadək qovmayınca geri qayıtmayacağam. Onunla birlikdə komandiri, həkim briqadası da şəhid olub. Həmin döyüşdən bir neçə nəfər sağ çıxa bilib.
Bakıda istədiyi qiz var idi. Həmin qızın nömrəsini yazıb cibinə qoyubmuş ki, başına bir iş gəlsə, birinci ona zəng etsinlər, anasına qəfil ölüm xəbərini verməsinlər. Barmağına kiçik hərflərlə "ata" sözünü yazdırmışdı. Həmin qıza zəng edib deyiblər ki, sizin nömrəniz var cibində və barmağında da bu söz yazılıb. Qız Rövşənin şəhid olduğunu biləndən sonra onun müdirinə zəng edib. Müdir dayısı ilə birgə gedib nəşini gətirib. 22 yaşının tamamına çata bilmədi. Allah bütün şəhidlrimizə rəhmət eləsin!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir





