Cəmiyyət

Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir - FOTO

24 Fevral 2021 13:51
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Fonddan Milli.Az-a verilən məlumata görə, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Xatırladaq ki, "YAŞAT" Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.