Cəmiyyət

Bu zolaqlar avtobusların intervalına necə təsir edir? - VİDEO

24 Fevral 2021 13:44
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu zolaqlar avtobusların intervalına necə təsir edir?

Bakıda avtobus zolağına daxil olan digər avtomobillərin sürücüləri inzibati qaydada cərimə edilirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində həmin zolaqlara kameralarla ciddi nəzarət edilir. Qaydaları pozanlar 40 manat cərimə olunur. Bəs zolaq çəkildikdən sonra avtobsuların hərəkətində ciddi dəyişiklik varmı?

Zolaqlar çəkildikdən sonra avtobusların intervallarında azalma müşahidə edilir.

Milli.Az bildirir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda payatxtda 10 küçə və prospektdə avtobus zolaqları var. Mais Ağayev deyir ki, zolaqlar çəkildikdən sonra avtobusların intervalında 5-10 dəqiq azalma var. 

Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzində kameralarla avtobus zolaqlarına ciddi nəzarət edilir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, belə sürücülərə idarədə kameralarla nəzarət olunur. Qayda pozub həmin zolağa daxil olanlar qanuna uyğun şəkildə cərimələnir. Qeyd edək ki, ərazilərdə xidmət aparan yol polisi də belə sürücü aşkar etdikdə elə yerindəcə cərimə yazır.

Qaydanı pozaraq avtobus zolağına daxil olan bir çox sürücü, səbəb kimi yolda sıxlığın yaranmasını göstərir. Amma Bakı Nəqliyyat Agentliyi pik saatlarda həmin yollarda sıxlığın yaranmasının qarşısını almaq üçün qabağlayıcı tədbirlər görür.

Qeyd edək ki, paytaxtda daha 3 küçədə də təhlillər aparılıb və yaxın günlərdə orda da avtobus zolaqları çəkiləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.