Cəmiyyət

Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

24 Fevral 2021 11:26
Baxış: 5 317
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.

Bunu Milli.Az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri hələ açıqlamaq mümkün deyil.

Nazirlik rəsmisi yaxın vaxtlarda nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.