Cəmiyyət

Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub

24 Fevral 2021 10:54
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.